Əsas məzmuna keç
VinBax

Azərbaycanda VIN yoxlama

Maşını almadan əvvəl onun keçmişini 1 dəqiqəyə öyrən

VIN kodu daxil edin: texniki məlumat və VIN izahı pulsuzdur. Tam hesabatda hərrac tarixçəsi, qəza, yürüş və hüquqi status var.

  • Pulsuz VIN dekod
  • Hesabat 1 dəqiqəyə
  • Hər VIN üçün hesabat zəmanəti

719

avtomobil bazada

45

marka

24/7

onlayn xidmət

Necə işləyir

Üç sadə addım — qeydiyyat tələb olunmur.

  1. VIN-i daxil edin

    17 simvollu kodu elandan, texpasportdan və ya şüşənin altından götürün.

  2. Pulsuz məlumata baxın

    İstehsalçı, ölkə, model ili, texniki göstəricilər və VIN-in izahı dərhal görünür.

  3. Tam hesabatı alın

    Hərrac şəkilləri, qəza və yürüş tarixçəsi, hüquqi status — PDF ilə birlikdə.

Tam hesabatda nə var

Azərbaycana gətirilən maşınlar üçün ən vacib suallara cavab: maşın qəzalı olub, yürüşü düzəldilib?

Hərrac tarixçəsi və şəkillər

Copart, IAAI və digər hərraclarda satış tarixi, zədə növü və şəkillər.

Qəza qeydləri

Sığorta və servis qeydlərinə əsasən qəzalar və zədə dərəcəsi.

Yürüş tarixçəsi

Müxtəlif illərdə qeydə alınmış yürüş və düzəliş şübhəsi.

Hüquqi status

Salvage, flood, rebuilt kimi statuslar və onların mənası.

Sahiblər və ölkələr

Neçə sahib olub, maşın hansı ölkələrdə qeydiyyatda olub.

Geri çağırmalar

İstehsalçının təhlükəsizlik üzrə geri çağırma kampaniyaları.

Son əlavə olunan avtomobillər

Hamısına bax

Populyar markalar

Hər VIN üçün hesabat

Maşın beynəlxalq bazalarda yoxdursa (Koreya, Avropa), ekspertlərimiz digər mənbələrdən 24 saat ərzində hesabat hazırlayır.

Real şirkət

Rekvizitlərimiz açıqdır, ödəniş yerli ödəniş sistemi ilə təhlükəsiz keçir.

Canlı dəstək

WhatsApp və Telegram-da iş saatlarında sürətli cavab.

Tez-tez verilən suallar

VIN nədir?

VIN (Vehicle Identification Number) hər avtomobilin 17 simvollu unikal kodudur. O, istehsalçını, istehsal ölkəsini, model ilini və seriya nömrəsini göstərir.

Pulsuz nə görə bilərəm?

VIN-in izahı, istehsalçı və ölkə, model ili, texniki göstəricilər və mövcud olduqda geri çağırma kampaniyaları pulsuzdur. Gündə bir neçə dəfə ətraflı texniki yoxlama da pulsuzdur.

Tam hesabatın məlumatı haradan gəlir?

Beynəlxalq hesabat provayderlərinin bazalarından: hərraclar, sığorta və servis qeydləri, dövlət reyestrləri. Mənbələr Metodologiya səhifəsində izah olunub.

Maşın ABŞ-dan deyilsə, hesabat olacaqmı?

Bəli. Beynəlxalq bazalarda olmayan maşınlar (Koreya, Avropa) üçün ekspertlərimiz digər mənbələrdən hesabat hazırlayır və 24 saat ərzində emailinizə xəbər gəlir.

Qeydiyyat lazımdırmı?

Xeyr. Ödəniş zamanı yalnız email daxil edirsiniz — hesabat linki həmin emailə göndərilir.